Ad Soyad
Epoçt
Nömrə
Xidmət növü

AİDA Akademiyası xidmətlərini genişləndirir.

Fərdi inkişaf və təkmilləşdirmə istiqamətində yerli bazara yeniliklər gətirmək istiqamətində çalışan Azerbaijan İnternational Development Academy xidmət sayında dəyişikliklər etməyə başlayacaq.
Akademiyanın direktoru və təsisçisi Flora Ağayeva yeniliklərin əlimizdə olan data və bazardakı tendensiyalarla bağlı olduğunu açıqladı.

“Biz bu akademiyanı yaradan da daha çox data əsasında fəaliyyət istiqamətlərimizi təkmilləşdirməyə və yeni məcralar açmağı qərarlaşdırmışdıq. Bu gün əldə etdiyimiz dataları analiz edən də gördüyümüz mənzərə ondan ibarətdir ki, biz bir çox xidmətlərin tərkibini dəyişməli və əlavə olaraq bazara yeni xidmətlər çıxartmalıyıq. Bu bizim bazardakı mövqeyimizi və rəqabətə davamlılığımızı artıracaq. Hal-hazırda Amerikanın bir çox təlim mərkəzləri ilə birgə yerli bazara təklif edəcəyimiz yeni təlimlər üzərində çalışırıq. Bu təlimlər daha çox cəmiyyətin əziyyət çəkdiyi və gənc nəsildə görmək istədiyi keyfiyyətlərin formalaşmasına xidmət edəcək.”

Qeyd edək ki, AIDA akademiyası bu ilin sonuna kimi beynəlxalq səviyyəli sertifikatların alınmasını planlaşdırır. Bu sertifikatlar qlobal və dövlət qurumları ilə işləmək üçün nəzərdə tutulur.