Bu il ölkəyə gələn turistlərin sayı 1602,3 min nəfər təşkil edib. Azərbaycana səfər edən turistlərin 27,9% Rusiya, 19,5% Türkiyə, 10,6% İran, 6% Səudiyyə Ərəbistanı, qalan 36% isə Hindistan, Pakistan, BƏƏ, Qazaxıstan, Ukrayna, İsrail və s ölkələrin payına düşür. Bu göstəriciləri yazmaqda məqsədimiz uzaqgörən sahibkarlar üçün yerli bazarda xidmət sektorunun inkişaf potensialını göstərməkdir.
Sosial şəbəkələrin olmadığı dövrlərdə yaranmış xoşagəlməz hallar müştəri və xidmət göstərən tərəf arasında qalırdı. Sosial şəbəkələrin və ümumiyyətlə müasir texnologiyanın inkişafı bu məsələni daha da dərinləşdirdi və həssaslaşdırdı. Artıq xidmət göstərən tərəf, yəni Sizlər daha ehtiyatlı və tədbirli olmalısınız.
Statistika göstərir ki, bir xidmət üzrə keyfiyyət göstəricisinin qaldırılması həmin xidmət sahəsi üzrə gəlirliliyi 40 – 68% artıra bilir. Əməkdaşlarınızın “Nə lazımdır?!”, “A bala hara gedirsən?!”, “Bizdə elə-belə çay verilmir”, “Get, kimə istəyirsən şikayət elə”, “Mən beləyəm” kimi yanlış ifadələr işlədib təmsil etdiyiniz məkanın imicinin korlanmasını istəmirsinizsə, o zaman vaxt itirmədən İşçi Personalının hazırlığı təliminə yazılmağı tövsiyə görürük.
Xidmət keyfiyyətini yüksəltməyə dəstək göstərdiyimiz sahələr: Dayə hazırlığı, polis hazırlığı, taksi sürücülərinin etik hazırlığı, ofisiant hazırlığı, kuryer hazırlığı, otel əməkdaşlarının hazırlığı.