Məktəbə hazırlıq dövrü valideyn üçün əlavə bir yük, uşaq üçün isə stressli bir mərhələnin başlanğıcıdır. Evdəki komfortlu mühitindən, oyuncaqlardan ayrılıb, bir neçə saat eyni masa arxasında oturmağa məcbur edilmək uşaq üçün olduqca çətindir.
Bu dövrdə rasional valideylərin beynində “Uşaq məktəbə necə hazırlıqlı olsun?”,” Görəsən müəlliməsi yaxşı olacaq?” “Hansı bilik və bacarıqlara sahib olmalıdır?"
Uşaqların isə beynində dolaşan, lakin müəyyən səbəblərdən valideynə verə bilmədikləri “Mən hansı yanlış hərəkəti etdim ki, oyuncaqlarımdan ayırıb belə cəza verdilər?”
Uşaqların intellektual, fiziki və psixoloji inkişafında şəxsiyyət kimi formalaşmasında məktəbəqədər təhsilin önəmli rolu onlara doğru yanaşıldığı zaman formalaşır. Məhz bu yaş dövründə uşağın həm ümumi, həm də xüsusi qabiliyətlərini üzə çıxartmaq, daha sonra formalaşması təkan verməyə ehtiyac var.
Məktəbəqədər hazırlıqda uşaqların məktəbə kommunikativ hazırlığı, məktəbli mövqeyinin mənimsənilməsi, məktəb həyatı haqqında bilik və təsəvvürlərinin yaranmasına, özgüvən hissinin aşılanması, yazı və oxu vərdişlərinin formalaşdırılması, ümumilikdə uşağın bir şəxsiyyət kimi yetişdirilməsinə diqqət edilməlidir.