Ad Soyad
Epoçt
Nömrə
Xidmət növü
Maliyyə savadlılığının artırılması

Maliyyə savadlılığının artırılması

Bütün dünyada əhalinin maliyyə savadlılığının aşağı səviyyədə olması ilə bağlı narahatlıqlar getdikcə artmaqdadır. Davam etməkdə olan maliyyə böhranı şəraitində dünya ictimaiyyəti tərəfindən maliyyə savadlılığı zəruri məsələlərdən biri kimi dəyərləndirilir, maliyyə iqtisadi sabitliyin və inkişafın vacib elementi kimi qəbul edilir. Əhalinin maliyyə savadlılığı ilə bağlı statistikalarda ölkə olaraq adımız TOP 10-larda olmasa da, biz adınızı TOP – 100-lərə salmağa çalışacağıq.

Maliyyə savadlılığı ilə bağlı hansı ölkələrdə yüksəkdir sualının cavabı maraqlıdırsa, o zaman cari vəziyyət aşağıdakı kimidir. Danimarka, Norveç və İsveç - 71%, Kanada və İsrail – 68%, İngiltərə - 67%, Almaniya və Hollandiya – 66%

Dünyada internet üzərindən alış-verişdə kişilər 84.3 %, qadınlar isə 77% daha çox vəsait xərcləsələr də yerli bazarda bu tendensiyanın tam əksi müşahidə olunmaqdadır. Digər bir statistika isə alış-verişlərin 75% emosiyalar üzərində qurulduğunu göstərir.

Azerbaijan İnternation Development Academy olaraq qadınları maliyyə savadlılığını artırmaqla bank-maliyyə sektorunun inkişafına deyil, öz həyatınıza təkan verməyi hədəfləyirik. Bir akademiya olara ailələrdə maliyyə savadsızlığının münasibətlərin necə gərginləşməsinə təsir etdiyini yaxşı görür və anlayırıq.

Formu doldurun

Ad Soyad
Əlaqə nömrəsi
Epoçt

Bu proqrama qoşulmaqla nə əldə edəcəksiniz?

Büdcə idarəetməsi

Biz canınızı lazımsız və emosional alış-verişlərdən qurtaracaq, əslində aldıqlarınızın Sizə heç bir faydası olmadığını göstərəcəyik. Birlikdə büdcənizi yazıb, doğru analiz edərək Sizi əşyaların qulu olmaqdan xilas etməyə çalışacağıq. Görmədiyiniz nöqtələrə bir də bizim gözümüzlə baxın.

Qənaət mexanizmləri

Özünüzə doğru suallar verməklə, Sizə qənaət etdirməyi öyrədəcəyik. Bununla da anlayacaqsınız ki, əldə etdiyiniz gəlirin 15%-ə qədərini qənaət edə bilərsiniz. Köhnə düşüncədən, yeni düşüncəyə keçmək üçün sadəcə görmədiyiniz nöqtələrə fokus olmağa kömək edəcəyik.

Alış-veriş prioritetləri

Xərclərinizdə vacib və təcili prinsiplərini qurmağı öyrədəcəyik. Bundan sonra Siz stress vəziyyətinə düşüb “Bunu təcili ödəmək lazımdır” ifadəsini dilinizə gətirməzdən əvvəl özünüzə bir neçə sual verərək sakitləşməyi bacaracaqsınız.

Emosional bağlılıq

Yuxarıda alış-verişlərin 75%-nin emosional olduğunu vurğulamışdıq. Sizi bu emosiyaların qurbanı olmaqdan qurtarmaq üçün özəl metodlarımızla tanış edəcəyik. Məhz bundan sonra alış-verişlərinizi daha sakit başla, analiz edərək həyata keçirəcəksiniz.