Ad Soyad
Epoçt
Nömrə
Xidmət növü
Natiqlik təlimi

Natiqlik təlimi

O vaxt bizə deyilən “Sus! Danışma! Sakit dur!” kimi ifadələr bu gün bir çox insanların həyatında ciddi travmalar kimi qalmaqda davam edir. Biz natiqlik təlimini “Danışmaq gümüşdürsə, susmaq qızıldır” ifadəsini həyatınızın doğru yerlərində istifadə etmək üçün yaratmışıq.

Bütün bu travmaların nəticəsidir ki, çöldə mikrafon uzadılanda, tədbirlərdə söz veriləndə effektiv çıxış edə bilmirik. Bu da öz növbəsində həm həyatda, həm də korporativ mühitdə şəxsi imicimizin formalaşmasına maneçilik törədir.

Karyerasında uğur əldə etmiş nüfuzlu şəxslərin əksəriyyəti böyük natiqlərdir. Onların uğurunun xüsusi bir düsturu mövcud deyil. Sadəcə fikri düzgün və aydın ifadə etmək, çıxışlar zamanı auditoriyanı ələ almaq, çıxışı daha düzgün və maraqlı quraraq, ətrafındakı insanları inandırmağı yaxşı bacarırlar.

Natiqlik sənətində - Nə dediyin deyil, necə dediyin önəmlidir. İndi qeyd edəcəyimiz ifadələri diqqətlə oxuyub, düşünün. Əgər qeyd oluanlardan biri və ya bir neçəsi Sizdə olan boşluqlarla üst-üstə düşürsə, deməli Sizə natiqlik təliminə yazılmaq lazımdır. Danışanda söz tapmağa çətinlik çəkmək, "Danışıq qabiliyyətim yoxdur" ifadəsi, çox danışıb amma sözünüzü deyə bilməmək, məclislərdə söz almamaq üçün bəhanə axtarmaq, çıxış etmək məqamı gələn kimi həyəcanlanmaq, mübahisələrdə uduzmaq, ictimai çıxışlar zamanı özünü itirmək.

Formu doldurun

Ad Soyad
Əlaqə nömrəsi
Epoçt

Natiq olmaq Sizə nələri qazandıracaq?

Şəxsi imic

Effektiv və inandırıcı danışan insanlara hər zaman və hər yerdə qulaq asırlar. “Ağız deyəni qulaq eşitmir” ifadəsində ağız deyəni qulaqların eşitməsi üçün natiqlik bacarıqlarınızı artırın. Şəxsi imicinizi öz natiqlik bacarığınızla formalaşdırın.

Hörmət

Geyiminə görə qarşılanıb ağlına görə yola salınanlardan olmaq istəyirsinizsə, o zaman ağlınızdakıları doğru formada dilə gətirərək hörmət qazanın. Hörmətə və effektiv ünsiyyətə gedən yol isə natiqlik təlimlərində iştirak etməkdən keçir.

Cəmiyyətdə mövqe

Natiqlik bacarığı yüksək olan insanların ətrafında hər zaman böyük kütlə formalaşır. Bu isə onların cəmiyyətdəki mövqeyinin pillə-pillə inkişaf etməsi deməkdir. Cəmiyyətdə sözünüzün kəsəri olarsa, o zaman gələcək mövqeyinizi Siz müəyyən edəcəksiniz.

Əmək bazarı

Natiqlik bacarığının yüksək olması əmək bazarında uğurlu mövqe tutmaq üçün də önəmlidir. İş müsahibələrində və ya korporativ görüşlərdə nümayiş etdirəcəyiniz nitq Sizi digərlərindən bir addım öndə olmaq imkanı yaradacaq.