Hazırda Amerikada 2 mindən çox universitet və kollec IELTS imtahanı üzrə nəticələri qəbul edir. Ümumilikdə isə dünyada hələki 121 ölkədə IELTS imtahanları keçərlidir. Universitetlər bu imtahanları bakalavr, magistr və ya hər iki dərəcə üçün tələb edə bilər. IELTS imtahanları yazılı aparılır və tələbələrin əsasən 4 qabiliyyətlərini (Oxu, yazı, danışıq və dinləmə) yoxlamaq üçün nəzərdə tutulmuşdur.
Bu imtahanlarda bir tək danışıq testi üzbəüz müsahibə formatında keçirilir. Hər kəs eyni danışıq və dinləmə testindən keçir. Yazı və oxu mərhələsi üçün tələbələrə iki seçim: akademik və ya ixtisaslaşmış növlərini seçməyə imkan verilir.
IELTS imtahanları üzrə qiymət siyasəti 1-9 arası müəyyən olunur və hər dərəcənin öz adı var.
9 (Ekspert): Dilə tam hakim olan, yerində və doğru istifadə ilə yanaşı axıcı bir danışma və tam anlama qabiliyyətli şəxs sayılır.
8 (Çox yaxşı): Dili tam mənimsəməklə yanaşı mövzuları anlamaqda nisbətən qopuqluq yaşayır. Sıx qarşılaşmayan vəziyyətlərdə yanlış anlaşılmalar olsa da, ümumilikdə qarışıq vəziyyətlərdən baş çıxara biləcək şəxslər hesab olunurlar.
7 (Yaxşı): Dilə orta səviyyədə hakim olan şəxslərdir. Ünsiyyət zamanı anlama və mövzunun ardını gətirməkdə nisbətən çətinlik çəkirlər.
6-cı dərəcə (Bacarıqlı), 5-ci dərəcə (Məqbul), 4-cü dərəcə Sərhədli, 3-cü dərəcə (Çox sərhədli), 2-ci dərəcə Kəsintili və 1-ci dərəcə isə (Dili bilmir) statusundakı insanlara deyilir.