Ad Soyad
Epoçt
Nömrə
Xidmət növü
Etika kids

Etika kids

Müsahibədə iştirak edən iki uşaq təsəvvür edin. Uşaqlardan biri əlaçı, digəri isə dərslərini zəif oxuyandır. Müsahibə zamanı əlaçı uşaq özünü itirir, dərslərini zəif oxuyan uşaq isə öz bacarığı, çevikliyi sayəsində müsahibədən müsbət nəticə alaraq onu qabaqlayır. Əlaçı oxumuş uşaq isə özündə günah görmədən başqalarını günahlandırmağa başlayır. Ona, nə zaman ədalətli davranılacağını gözləyir. Bu hisslər Sizə də tanışdır. Elə deyilmi?

Bu travmanın kökü əsasən valideynlərdən qaynaqlanır. Bir çox valideynlər öz övladlarına “Sənə demişdim belə olacaq”, “Onsuzda filan məsələ səndə alınmayacaq”, “Bax gör filankəs necə çıxış edir” kimi ifadələr ünvanlamaqla, onun özgüvənini azaltmış olur.

Bu gün böyüyən uşaqların utancaqlıq, özlərini ifadə edə bilməmə, atdıqları addımların doğru və ya yanlış olduğunu dərk etməmə kimi çətinliklərlə üzləşirlər.

Azerbaijan İnternational Development Academy olaraq uşaqlara ilk növbədə fundamental davranış qaydaları aşılayırıq. Etik dəyərlər aşılanmadan təhsil alan uşaqlar gələcəyin potensial manyaklarıdır. Konslagerdə uşaqlar üzərində tədqiqat aparan həkimlər də, xəstələr üzərində 5 saatlıq əməliyyat aparan həkimlər də, virus yaradıb, daha sonra onun dərmanını yaradan həkimlərin hamısı savadlı olublar. Onları sadəcə niyyətləri fərqli olub. Biz birinci niyyəti tərbiyə edib, daha sonra etik dəyərləri formalaşdırırıq.

Formu doldurun

Ad Soyad
Əlaqə nömrəsi
Epoçt

Uşağınızın etikalı olmasının üstünlükləri:

Təhlükəsiz gələcək

Bizim işimiz övladınızın cəmiyyətdə doğru qərarlar verməsi üçün onun niyyətini müsbət tərəfə dəyişməkdir. Bu yanaşma həmin uşağa Siz olmayan yerlərdə yanlış deyil, doğru seçimlər etməyə kömək edəcək. Uşağınızın təhlükəsiz gələcəyi barədə sabah deyil, bu gün düşünməyə başlayın.

Sevgi, dəyər və hörmət

Övladınızın dəyərlər sistemini analiz edib, ilk növbədə özünə, daha sonra qarşısındakılara qarşı sevgi və hörmət bəsləməyi aşılayırıq. Bu da uşağınızın empati qurma bacarığını artırmağa, daxili rahatlığını tapmağa kömək edəcək.

Xaricə hazırlayırıq

Özünüzü “Mən uşağımı xaricə göndərəcəm” deyən valideynlər kateqoriyasına aid edirsinizsə, o zaman uşaqlarınızı xarici mühitdə rahat inteqrasiyası üçün çalışa bilərik. Bunu Sizin Bakıda, onun isə xarici ölkədə olduğu zaman heç bir narahatlıq keçirməməyiniz üçün edirik.

Sözə qulaq asmayanlar

Getdiyiniz məkanlarda uşaqlarınız “başınıza oyun açıb, biabır edirsə” biz bu “əyləncəni” etik çərçivəyə salıb, uşaqlarınızı onların dövrü üçün transformasiya edə bilərik. Bu fikirləri oxuyub “əşşiii, gecdir artıq” deyirsinizsə, uşağınızı gətirin dəyişimini sınaqdan keçirək. Valideynləri tərbiyə etmək lazımdır.