İstənilən cəmiyyətdə 20% insan, digər 80%-i öz arxasınca aparıb və bu tendensiya illərdir davam etməkdədir. Bizim məqsədimiz 80%-i doğru istiqamətləndirmək üçün öz fərdi inkişaf yolunu tamamlamış fərdlər yetişdirməkdir.
Markalaşmaq
İstər yerli, istərsə də xarici bazarlarda Azerbaijan və İnternational sözləri arasında daim keyfiyyət, inam kimi dəyərlərin olması üçün çalışırıq. Məqsədimiz həm ölkə, həm də beynəlxalq səviyyədə işlər ərsəyə gətirməklə adımızdakı dəyərləri doğrultmaqdır.
Pay almaq
Biz bazar payını keyfiyyət standartını qoruyanlardan deyil, akademik fəaliyyət adı ilə insanları yanlış istiqamətə yönləndirənlərdən almağı hədəfləyirik. Bunun üçün də insanları maarifləndirir və daim güclü kadrları cəlb edərək insan kapitalına yatırım edirik.
Yatırım etmək
Biz bu cəmiyyətin bu günü və sabahına yatırım edirik. Daha sağlam fərdlər formalaşdırmaq üçün dünya üzrə inkişaf tendensiyalarını izləyir, yerli bazarda tətbiq edirik. Daha çoxunu istəyənləri isə qloballaşan dünyaya inteqrasiya etməsinə dəstək oluruq.