Ad Soyad
Epoçt
Nömrə
Xidmət növü
Zamanın idarə edilməsi təlimi

Zamanın idarə edilməsi təlimi

“Vaxtım yoxdur.”, “Heç nəyə vaxt çatdıra bilmirəm.”, “İşlərin çox olmasından şəxsi həyatıma zaman ayırmağa imkan vermir” kimi ifadələr bəhanədir yoxsa insanların vaxtını idarə etmək üçün texnologiya şirkətləri tərəfindən öncədən hazırlanmış plan?

2023-cü ilin İyul araşdırmalarına görə Amerika və Avropada xanımlar gün ərzində 62,59, kişilər isə 49,53 dəqiqə sosial media platformalarında zaman keçirirlər. Azərbaycanda isə bu göstərici xanımlarda ortalama 4-5, kişilərdə isə 3 saat 34 dəqiqə civarındadır.

Digər bir araşdırmanın nəticələrinə əsasən isə sosial media platformalarından istifadə zamanı beynin düşünmə və analiz etmə qabiliyyəti 90% aşağı düşür. Bundan əlavə platformalar 1 dəqiqə ərzində insan 5-dən çox fərqli kontent göstərməklə onların emosiyalarını qarışdırır. Belə olan halda insanların öz hədəflərindən yayınması, telefona gələn hər bildirişə görə fikir dağınıqlılığı yaşaması ciddi bir problemə çevrilir.

Bu problemlərlə üz-üzə qalan xanımlar və bəylər istər şəxsi, istərsə də korporativ münasibətlərin qurulmasında ciddi problemlər yaşamaqda davam edir və özündən başqa hər kəsi günahlandırırlar. Azerbaijan İnternational Development Academy olaraq bu məsələdə insanlara dəstək olmaq üçün Vaxtın idarə olunması təlimini formalaşdırmışıq.

Formu doldurun

Ad Soyad
Əlaqə nömrəsi
Epoçt

Təlimdə nələri öyrənəcəksiniz?

  • Vaxtın idarəedilməsi ilə bağlı davranışınızı dəyərlərinizə, rolunuza və ambisiyalarınıza təsiri;
  • Vaxtın faydasız idarəedilməsinin əsas səbəbləri və aradan qaldırılması yolları;
  • Effektiv olmayan vərdişlərin aradan qaldırılması;
  • İşlərinizi məsuliyyət sahələrinizə uyğun olaraq prioritetləşdirmək;
  • Verdiyiniz vədləri yerinə yetirmək üçün həftəlik və yaxud günlük planlanların hazırlanması.

Təlimin müddəti və dili

  • Təlim müddəti: 4-6 saat
  • Təlimin keçirildiyi dil: Azərbaycan və Rus dili