Ad Soyad
Epoçt
Nömrə
Xidmət növü
Qadın biznesinə dəstək

Qadın biznesinə dəstək

“Qadın evdə otursa, yaxşıdır!”, “Qadınlar hər işə emosional yanaşır”, “Qadının yeri mətbəxdir!” – qadınların iş həyatındakı rolunu, karyera cəhdlərini xor görərək hədəf alan belə ifadələri çox uzatmaq olar, amma biz məsələnin tam əks tərəfində olduğumuz üçün fokus olduğumuz məqamlar da fərqlidir. Lakin bilirik ki, birgə çalışacağımız qadınlar arasında bu və buna bənzər sözləri eşitmiş olanlar az olmayacaq. Elə buna görə də işimizi sağlam təməllər üzərində qurmuşuq. 

Məqsədimiz, hədəfimiz və xidmətimiz iş həyatına atılmaq və biznes qurmaq istəyən xanımlara hərtərəfli dəstək göstərməkdir. Bir psixoloq kimi xanımların mənəvi sağlam və güclü yetişməsinə dəstək olacaq, bir biznes adamı kimi uğurlu karyera sahibələrinə çevrilmələri üçün birgə addımlayacağıq. 

Lakin bu ipin bir ucu sizin əlinizdədir: Siz özünüzə dəstək olmağa qərar vermisinizsə, biz xidmətinizdəyik! “Qərar verə bilmirəm, bir addım irəli, iki addım geri, özümü heç cürə tapa bilmirəm” deyirsinizsə, bu halda da biz yanınızdayıq!

Formu doldurun

Ad Soyad
Əlaqə nömrəsi
Epoçt

Bu proqramlar Sizə nə verəcək?

Özünüzü tapmaq

Biz özünüzə, yəni daxilinizə başladığınız səyahətdə qarşınıza çıxan suallara tapacağınız cavablarla yol yoldaşı olacaq, iş həyatına inamlı şəkildə atılmağa kömək edəcəyik. Özünü tapma prosesi içində özünü tanıma və hörməti yüksəldəcəyik. Bununla da potensialınızı, bacarıqlarınızı, məqsəd və hədəflərinizi də biləcəksiniz.

Güclü insan olmaq

Uğurlu biznesin yolu qətiyyət, davamlılıq və planlı olmaqdan keçir. Məhz bu səbəbdən ilk işimiz sizi psixoloji cəhətdən güclü bir insana çevirmək olacaq. Daha sonra isə biznesi qurmaq və inkişaf etdirmək üçün gərəkli olan yumşaq (soft) və hard bacarıqlar üzərində işləyəcəyik.

Kommunikasiya qurmaq

Cəmiyyət tərəfindən qoyulan süni məhdudiyyətlərin içərisində “Sus, danışma” ifadəsi bu gün bir çox qadınlarda kommunikasiya bacarığını sıfıra endirmişdir. Biz də Sizin üçün hər şeyi sıfırdan başlamağa kömək edəcək, ünsiyyətinizin doğru istiqamətdə olmasına təkan verməyə çalışacağıq.

Hara və kimlərə satmaq

Cari bizneslə məşğul olursunuzsa və ya “Görəsən bunu düzəltsəm hara və kimə satacam?” sualını verirsinizsə, o zaman bu suallara birlikdə cavab tapacağıq. Bəlkə də Sizə lazım olan auditoriya məhz elə bu proqramlara qatılan bir neçə nəfərin geniş əhatə dairəsindədir.