Ad Soyad
Epoçt
Nömrə
Xidmət növü
Etiket və protokol qaydaları

Etiket və protokol qaydaları

Biz bu təlimin vacibliyini bəzəkli ifadələrlə təsvir edib zamanınızı boşa xərcləmək istəmirik. Sizə bu təlimi ətraflı və dolğun şəkildə izah edəcək iki nümunə təqdim edirik.

 Birinci nümunə: O vaxt 700 bal toplamış tələbələrin təhsil naziri görüşü təşkil olunmuşdur. Bu görüşdə bir tələbə oğlan tez qabağa gələrək əlini uzadıb nazirə salam verdi. Nazir 2-3 saniyəlik pauza verdikdən sonra həmin tələbənin əlini sıxdı və ondan uzaqlaşdı. Bütün tədbir boyu digər tələbələrlə ünsiyyət qurdu, problemlərini dinlədi, təkliflər verdi lakin həmin o qabağa gələrək salamlaşmaq üçün əl uzadan tələbəni diqqətdən kənar saxladı. Nazir, həmin tələbənin 700 bal toplamasına baxmayaraq, davranış qaydalarını bilmədiyini gördü.

İkinci nümunə:
Təsəvvür edin ki, ofisinizə bir qonaq gəlir. Ofis əməkdaşlarınızdan biri yanlış davranış, qarşılanma və ya təqdimatla gələn qonaqda mənfi təəssürat formalaşdırır. Bəlkə də dəvət olunmuş qonaq masa ətrafında gəlirli təklif səsləndirəcəkdir, lakin qarşılanmada olan xırda yanlışlıq onu bu fikrindən daşınmağa məcbur etdi. Əməkdaşların işgüzar etika və protokol qaydalarını bilməməsi təkcə rəhbərin deyil, bütün şirkətin imicinə kölgə salır.

Bu gün sosial media platformalarında gördüyünüz dövlət başçıları, böyük şirkətlərin rəhbərləri əvvəlcədən müəyyən olunmuş protokol qaydaları əsasında hərəkət edirlər. Bu da kommunikasiyada müasir texnologiyalardan istifadəsinin göstəricisidir. Biz də öz növbəmizdə Sizin və təmsil etdiyiniz qurumun bu cür strateji səhvlərə yol verib, perspektivli layihələrdən kənarda qalmaması üçün İşgüzar etiket və protokol qaydaları təliminə dəvət edirik.

Formu doldurun

Ad Soyad
Əlaqə nömrəsi
Epoçt

Bu təlim Sizə nə üçün lazımdır?

Mədəniyyət formalaşdırın

İstər şirkətdaxili korporativ mədəniyətinizi nümayiş etdirin, istərsə də nümunəvi mədəniyyət sərgiləyən şəxs və ya şirkət dəyərləri yaradın. Hər iki halda əmək bazarında sayılıb seçilənlərdən olacaqsınız. Özünüzə qarşı mədəni və niyyətli olun.

Riskləri azaldın

Bir yanlış qarşılanma və ya şirkətdaxili protokol qaydalarında yol verilən pozulmalar Sizi milyonluq layihələrdə iştirak etməkdən kənarda qoya bilər. Hər kəsin işgüzar etiket və protokol qaydalarına riayət edərək risklərinizi azaldın.

Olar və olmazlarını göstərin

Gedəcəyiniz məkanlarda, çıxış edəcəyiniz auditoriyalarda, masaya oturacağınız tədbirlərdə Sizin doğru qarşılanıb, məmnun yola salınmağınızı istəyirsinizsə, o zaman öz olar-olmazlarınızı müəyyən edib, öncədən təqdim edin.