Beynəlxaq tədbirlərdə aparıcı “Ladies and Gentlemen” kəlməsini dilə gətirəndə fərəhlənirsinizsə, o zaman 16 yaşdan yuxarı uşaqlarınızın da bu statusa layiq olması üçün bu bölməyə daxil olmusunuz. Bu xidmət öncə kişi və qadın arasında effektiv ünsiyyətin qurulmasından başlayır. Daha sonra isə tərəflərarası dəyərsizlik və özgüvənsizlik baryerlərinin aradan qaldırılması ilə davam edir. Nəticədə həqiqətən də hər iki tərəfin gözlədiyi “şahzadə” formalaşır.
Biz, “qadın ev, kişi çöl üçündür” deyimini tarixə qərq etmək üçün çalışırıq. Azerbaijan İnternational Development Academy olaraq cəmiyyətin kiçik modeli sayılan ailələrdə sevilən qadın və anlayışlı kişi, ümumilikdə isə faydalı insan yetişdirməyi qarşımıza məqsəd qoymuşuq.