Ad Soyad
Epoçt
Nömrə
Xidmət növü
Təhlükəsiz qida istehsalı

Təhlükəsiz qida istehsalı

HACCP
 
AIDA, Amerika Birləşmiş Ştatları HACCP Alyansı tərəfindən akkreditə olunmuş HACCP sertifikatlaşmasını təklif edir. Təhlükələrin Təhlili və Kritik Nəzarət Nöqtələri kimi tərcümə olunan HACCP anlayışı, 1990-cı illərin ortalarından beynəlxalq səviyyədə tanınan, qida təhlükəsizliyinin idarə olunmasını ehtiva edən idarəetmə sistemidir. HACCP, qida qəbulu nəticəsində yarana biləcək xəstəlik risklərinin azıldılmasına yönələn başlıca üsullardan biridir. HACCP sertifikatlaşmasının məqsədi, qida sənayesi və istehsalında qidanın istehlaka yararlı və təhlükəsiz olmasını təmin etməkdir. Bir çox xarici ölkələrin qida təhlükəsizliyinə məsul olan dövlət qurumları HACCP sertifikatlaşması və təcrübəsinin icbari tətbiqini tələb edirlər. 
 
Xüsusən də qida məhsullarını xarici bazarlara ixrac etmək istəyən istəhsal müəssisələri HACCP sertifikatlaşmasını mütləq şəkildə tətbiq etməlidirlər.

SEAFOOD HACCP
 
Ümumi qida məhsulları istehsalçılarına tətbiq olunan HACCP qaydalarından fərqli olaraq, dəniz məhsullarının istehsalı, hazırlanması və ya saxlanılması sahəsində fəaliyyət göstərən şəxslərə münasibətdə Seafood HACCP sertifikatlaşması tələb olunur. Bu sahədə fərqli HACCP sertifikasıyasının mövcud və tələb olunmasına baxmayaraq, HACCP programı çərçivəsində öyrədilən prinsiplər eynilə Seafood HACCP sertifikatlaşmasına da tətbiq olunur.

Əksər xarici ölkələrin qida təhlükəsizliyinə məsul olan dövlət qurumları, dəniz məhsulları istehsalçılarına münasibətdə Seafood HACCP sertifikatlaşması və təcrübəsinin icbari tətbiqini tələb edirlər.

Global GAP 
 
Global Gap kənd təsərrüfatı, meyvə və tərəvəz, heyvandarlıq, dəniz məhsulları üçün qida təhlükəsizliyi standartlarını müəyyənləşdirən beynəlxalq sertifikatlaşma proqramıdır. Global Gap, istehlakçı tələblərinə cavab verən kənd təsərrüfatı təcrübəsinə əsaslanan təkmilləşdirilmiş təsərrüfat proqramıdır. GlobalGAP standartları əsas etibarilə fermaçılıq, becərmə və əkinçilik səviyyəsində, kənd təsərrüfatı məhsullarının istehsalı, yığımı və saxlanılması ilə məşğul olan şəxsləri və müəssisələri əhatə edir. 

Formu doldurun

Ad Soyad
Əlaqə nömrəsi
Epoçt