Ad Soyad
Epoçt
Nömrə
Xidmət növü
İbtidai hazırlıq

İbtidai hazırlıq

Təhsil müddətində hər ikisi və ya mütləq biri uşağın inkişaf yolu ilə maraqlanmalı, onun üzləşdiyi çətinlikləri müşahidə edib, birlikdə həll yolları axtarmalıdır.

Bir çox hallarda valideynlər uşaqlara 5-ci sinifə kimi dəstək olub, ev tapşırıqlarının edilməsində köməklik göstərə bilirlər. Bu da onların öz dövründə keçdikləri və yaddaşlarında qalan fundamental biliklərlə bağlıdır. Sonrakı dövrlərdə bu proseslərdə tək qalan uşaqlar valideyn tərəfindən dəstək almadıqda qırılma nöqtəsinə gəlir və oxuma, öyrənmə, araşdırma bacarıqlarını tamamilə itirirlər.

Dərsi dərsdə öyrənmək, evdə isə yüngülcə təkrarlamaq olar. Bu məsələ bir çox dünya ölkələrində müəllimlərin vaxta qənaət etməsi və uşaqlarda dərs yükü və stresin azaldılması məqsədilə məktəbdə ev tapşırıqları tamamilə ləğv edilmişdir.

"Ev tapşırığı” deyəndə bu, bizdə əsasən müəllim tərəfindən şagirdə dərsdən sonra müstəqil şəkildə həll etmək və ya öyrənmək üçün verilən tapşırıq kimi nəzərdə tutulur. Bu mənada ev tapşırığının verilməsində məqsəd belə hesab olunur ki, yeni keçilən mövzunun yadda saxlanmasına nail olmaqdır.

Formu doldurun

Ad Soyad
Əlaqə nömrəsi
Epoçt

Uşağınıza ev tapşırıqları ilə bağlı necə kömək edirik?

Uşağınızı kəşf edirik

Biz uşağınızın gələcəkdə təkcə ev tapşırıqlarını deyil, qarşıya qoyulan istənilən məsələni həll etmək üçün hansı çətinliklərlə üzləşdiyini araşdırırıq. Bu çətinliyi aradan qaldırmaq üçün müxtəlif metodları sınaqdan keçirib, ona uyğun olan yolu tapırıq.

Motivasiya nöqtələri

Hər bir uşağın motivasiya nöqtəsi mövcuddur. Bir işi görməsi üçün onu həvəsləndirən nöqtələrini tapmağa çalışır və o uşağın həmin nöqtələrdən asılı olmayaraq qarşıya qoyulmuş tapşırıqların icrasını təmin etməsinə dəstək oluruq.

Güclü və zəif nöqtələr

Bəzən valideynlər özlərinin çata bilmədikləri zirvələrdə öz uşaqlarını görmək istəyir və onları bu zirvələrə çatmağa məcbur edirlər. Halbuki bunun üçün uşaqların güclü və zəif tərəflərini müəyyən etmək, istiqaməti həmin cəhətlərə görə təyin etmək lazımdır.

Hesabat vermək

Sizinlə övladınız barədə çox şəffaf, olduğu kimi danışacağımıza söz veririk. Bu hesabatı da ona görə təqdim edəcəyik ki, övladınızın cari vəziyyəti, potensialı haqqında əldə edəcəyiniz məlumatlarla gələcək həyatında ona uyğun dəyişikliklər edə biləsiniz.

Necə dərs keçirik?

Keçiriləcək dərsləri izah edir, daha sonra uşaqlarda mövzulara dair yaranmış sualları cavablandırırıq. Mövzunun şagirdlər tərəfindən doğru mənimsənildiyini yoxlamaq üçün test tapşırıqları təqdim edirik. Tədris zamanı hər bir mövzunun mənimsənilmə dərəcəsi həftəlik dərs qiymətləndirmə testləri (DQT) və ya aylıq mövzu qiymətləndirmə testləri (MQT) ilə yoxlanılır.