Ad Soyad
Epoçt
Nömrə
Xidmət növü

AIDA yeni loqosunu təqdim etdi

Azərbaycanda insan kapitalının formalaşması üçün etdiyi sərmayələrə görə seçilən Azerbaijan İnternational Development Academy şirkəti yeni korporativ dəst-xəttini təqdim etdi. Şirkətin yeni korporativ dəsti-xətti İngiltərədə yerləşən yerli marketinq şirkəti tərəfindən hazırlanmışdır.
 
Akademiyanın direktoru və təsisçisi Flora Ağayeva yeni loqonun onların fəlsəfəsini tamamladığını söylədi.
 
“Biz bu prosesin uzun və yorucu olacağını düşündüyümüz halda əməkdaşlıq etdiyimiz şirkət verdiyimiz tapşırığın öhdəsindən ilk dəfədən gəlməyi bacardı. Rebrendinq işləri başa çatdıqdan sonra AIDA -nın yeni veb-saytı üzrə işlərə başlamağı planlaşdırırıq. İnanırıq ki, əməkdaşlıq etdiyimiz şirkət bu istiqamətdə də nəzərdə tutduqlarımızı doğru şəkildə həyata keçirəcəkdir. Bizim üçün bu yeniliklər xarici bazardakı əməkdaşlıqlarımızı inkişaf etdirmək və yerli bazar iştirakçılarına beynəlxalq səviyyədə xidmət göstərmək üçün vacibdir. Yeni korporativ dəst-xəttimiz mərhələli şəkildə şirkətin digər kommunikasiya vasitələrinə də tətbiq olunacaqdır.”
 
Qeyd edək ki, Azerbaijan İnternational Development Academy yerli şirkətdir və bazarda müştərilərinə 10-dan çox xidmət göstərməkdədir. Şirkət hal-hazırda yerli və xarici bazarda payını artırmaq üçün strateji əməkdaşlıq üzrə danışıqlar aparır.