Ad Soyad
Epoçt
Nömrə
Xidmət növü

AIDA yenilənmiş saytını təqdim etdi.

Azərbaycanda yerli bazar iştirakçılarına 10-dan çox inkişaf yönümlü xidmətlər təklif edən Azerbaijan İnternational Development Academy yenilənmiş saytını təqdim etdi.
 
Akademiyanın direktoru və təsisçisi Flora Ağayevanın sözlərinə görə yenilənmiş sayt həm fiziki şəxslərə, həm də şirkətlərə yönəlik formada hazırlanmışdır. “Əvvəlki ilə müqayisədə yeni istifadəyə verilmiş veb sayt şirkətin cari fəaliyyətini və fəlsəfəsini daha çox özündə əks etdirir. Saytımızı yeniləməkdə əsas məqsəd yerli bazarda fəaliyyət göstərən şirkətlərə xidmətlərimizi sadələşdirilmiş formada təqdim etməkdir. Azərbaycanda özünü inkişaf sahəsi üzrə xidmət göstərən şirkətlərin saytlarında kontent qəliz və ümumi fikirlərdən ibarətdir. Bu da öz növbəsində xidmətlərdən faydalanmaq istəyən şirkət və sadə vətəndaşlar üçün qeyri-müəyyənlik yaradır. Bu qopuqluğu aradan qaldırmaq və şirkətlərə təqdim etdiyimiz xidmətləri anlaşılan dildə təqdim etmək üçün həm məlumatları, həm də saytın interfeysini yeniləmək qərarına gəldik. İstəyimiz hər bir kəsin kənardan dəstək almadan saytımıza daxil olaraq sadə dildə izah olunmuş xidmətlərlə tanış olub, ona lazım olan xidmətlə bağlı sorğu göndərməsini təmin etməkdir. Biz bu yolda peşəkarlarla addımlayırıq. Sayt bu işin birinci mərhələsi idi. Növbəti mərhələ saytın daha zəngin kontentlə təmin olunması və yeni xidmətlər üzərində çalışmaq olacaqdır.”
 
Qeyd edək ki, şirkət bu yaxınlarda yeni korporativ dəst-xəttini də istifadəyə vermişdir. Hal-hazırda şirkət daha geniş marketinq addımları atmaq üçün bir neçə marketinq şirkətləri ilə danışıqlarını davam etdirir.